Müdafiə Nazirliyi “Baykar”la Azərbaycanda PUA-ların birgə istehsalına dair protokol imzaladı

 27-04-2023

Azərbaycan Müdafiə Nazirliyi və Türkiyənin “Baykar” şirkəti arasında Azərbaycanda pilotsuz uçuş aparatlarının birgə istehsalına dair niyyət protokolu imzalanıb.

Bu barədə “Baykar” şirkəti məlumat yayıb.

Məlumatda deyilir:

"Bu gün baş direktorumuz Haluk Bayraktar və Azərbaycan müdafiə nazirinin müavini cənab Aqil Qurbanov “Baykar” şirkəti ilə Azərbaycan Müdafiə Nazirliyi arasında pilotsuz uçuş aparat sistemlərinin birgə istehsalına dair protokol imzalayıb.

Mərasimdə Azərbaycan müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant cənab Ramiz Tahirov da iştirak edib. Təbrik edirik".

“Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar tərəfindən qəbul edilən nümayəndə heyəti Türkiyənin müdafiə sənayesinin son illərdə çox böyük nailiyyətlər əldə etdiyini bildirərək bu xüsusda “Baykar” şirkətinin fəaliyyətinin aparıcı rol oynadığını vurğulayıb.

Görüş zamanı “Baykar” şirkətinin istehsal etdiyi məhsulların Vətən müharibəsi dövründə erməni işğalçıların hərbi texnikasının məhv edilməsində oynadığı rolu bir daha qeyd olunub.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün digər sahələrdə olduğu kimi, hərbi və müdafiə sənayesi sahələrində də uğurla inkişaf etdiyi vurğulanaraq, əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

protokol_270423_1 protokol_270423_3 protokol_270423_4

 

Bənzər yazılar

0.13638186454773