Gəncəli azarkeşlər “Kəpəz”i bu mövsüm doğma meydanda izləyə bilməyəcəklər.
Milletinsesi.info xəbər verir ki, Peşəkar Futbol Liqası “sarı-göylər”in iki ev matçının - “Turan Tovuz” və “Sumqayıt”la görüşlərin Qəbələdə keçirilməsinə qərar versə də, bu, kifayət deyil. Tovuz klubu ilə qarşılaşma artıq keçirilib. Komanda “Sumqayıt”ı aprelin 29-da qəbul edəcək. Bundan sonra komanda Gəncəyə köçməli idi. Ancaq stadionun durumu buna imkan vermir.
Gəncə şəhər stadionunun meydançasına toxum səpilib, hətta cücərib də. Ancaq qazonun normal hala düşməsi üçün hələ bir müddət də vaxt lazım olacaq. “Kəpəz” böyük ehtimalla mayın 5-də “Sabah”ı, 21-də “Neftçi”ni də doğma divarlar arasında qəbul edə bilməyəcək. Ümumiyyətlə, komandanın bir də növbəti mövsüm öz meydanına qayıdacağı gözlənilir.
Klubun mətbuat xidmətinin rəhbəri Azad Mustafayev Milletinsesi.info-a məlumatı təsdiqləyib.
“Çox güman ki, stadion gələn mövsümə hazır olacaq”, - A.Mustafayev bildirib.