Son olaraq “Zirə”də çıxış edən və 2021-ci ilin yanvarında karyerasını başa vuran Rəşad Eyyubov futbola qayıdıb.
Milletinsesi.info xəbər verir ki, o, Region Liqasında oynayacaq. 30 yaşlı Eyyubov “Füzuli”yə keçib.
Peşəkar futbola Ukraynada başlayan futbolçu vaxtilə bu ölkənin U-17 millisində çıxış edib. Daha sonra Azərbaycana üz tutan yarımmüdafiəçi “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”,” “Neftçi” və “Zirə”nin formalarını geyinib. O, Azərbaycanın əsas millisində 7 oyun keçirib.