Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 15 ildir qaz pulu ödəmirmiş.
MillətinSəsi.info xəbər verir ki, belə bir iddia ilə Xural TV-nin rəhbəri, jurnalist Əvəz Zeynallı çıxış edib. Jurnalist bildirib ki, “Azəriqaz” əməkdaşları Şeyxin Nərimanovdakı villasında reyd keçirib və qeyri-qanuni qaz xətləri aşkarlayıblar. Məlum olub ki, 15 ildir qaz pulu verməyən Allahşükür Paşazadənin villasında aylıq qaz sərfiyyatı 3-5 min manat aralığında olub.
Əvəz Zeynallının sözlərinə görə, Şeyxlə yanaşı digər oliqarx məmurların da qaz pulu verdiyinə inanmır.