Qazaxıstanın Almatı şəhərində güləş üzrə İvan Poddubnı Liqasının dördüncü turnirinin döyüşləri keçirilib.
Milletinsesi.info xəbər verir ki, Azərbaycanın yunan-Roma güləşçisi, Avropa çempionu Sənan Süleymanov (77 kq) rusiyalı Adlet Tyulyubayevlə görüşdə qalib gəlib.
Sərbəst güləş üzrə dördqat Avropa və üçqat dünya çempionu Hacı Əliyev (65 kq) isə rusiyalı Şamil Məmmədovla güləşib. İdmançımız rəqibinə 2:7 hesabı ilə uduzub.