İspaniya La Liqasında XXXI tur davam edir.
Milletinsesi.info xəbər verir ki, gecənin maraqlı oyunlarından biri də “Reyo Valeykano” ilə “Barselona” arasında olub.
Birincilərin meydanında baş tutan qarşılaşma ev sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qarsiya 19 və 53-cü dəqiqələrdə fərqlənərək dubl edib. Levandovski 83-cüdəqiqədə qollardan birinin əvəzini çıxmağı bacarsa da, “Barselona”nın bundan artığına gücü çatmayıb.
Bu nəticədən sonra 76 xalda qalan kataloniyalılar liderliyə davam edirlər. “Rayo Valeykano” isə xallarının sayını 43-ə çatdıraraq 9-cu pilləyə yüksəlib.
“Atletiko” öz meydanında “Malyorka”nı 3:1 hesabı ilə məğlub edib.
Madridlilərin qollarını Rodriqo De Paul, Alvaro Morata və Yannik Ferreyra Karrasko vurublar. Qonaq komandanın heyətində Matiya Nastasiç fərqlənib.
Qələbə sayəsində xallarını 63-ə çatdıran “Atletiko” əvvəlki kimi 3-cüdür. Komanda “Real”la (Madrid) fərqi azaldaraq 2 xala endirib. “Malyorka” 40 xalla 11-cidir.