Azərbaycana keçmək istəyən 5 “arzuolunmaz şəxs” geri qaytarılıb

 10-03-2022

Ötən il dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 3211 nəfər barəsində müvafiq qərarlar verilib.

MillətinSəsi.info xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci illə bağlı hesabatında qeyd olunub. 

Bildirilib ki, xaric olunma faktları ilə bağlı 244 nəfər, ekstradisiya faktları ilə bağlı 62 nəfər qeydə alınıb.

Xarici ölkələrdən Azərbaycana gəlmək istəyən 5 nəfər “arzuolunmaz şəxs” qismində saxlanılaraq geri qaytarılıb.

Hesabat dövründə ölkədən çıxışa dair məlumat olmadığı üçün 231 nəfər və digər səbəblərdən 7 nəfər şübhəli şəxs qismində saxlanılıb.

Bənzər yazılar

0.22436714172363