Azərbaycan millisinin üzvü Cənubi Koreyada ilk qolunu vurdu - VİDEO

 26-04-2023

Cənubi Koreya çempionatında IX tura yekun vurulub.

Milletinsesi.info xəbər verir ki, Azərbaycan millisinin üzvü Anton Krivotsyukun formasını geyindiyi “Tedjon Xana Sitizen” səfərdə “Çonbuk Motors”a qalib gəlib - 2:1.

24 yaşlı müdafiəçi meydana start heyətdə çıxıb və sonadək oynayıb. O, 51-ci dəqiqədə matçda hesabı açıb. Bu, Krivotsyukun Cənubi Koreya çempionatında ilk qolu olub.

“Tedjon Xana Sitizen” hazırda 17 xalla 3-cü pillədə qərarlaşıb.

Bənzər yazılar

0.13633108139038