“Allergiyanın müalicəsində istifadə edilən dərmanların sonsuzluq yaratdığına dair heç bir elmi əsas yoxdur”.
Milletinsesi.info xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” səhifəsində canlı yayımda nazirliyin K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova bildirib.
Onun sözlərinə görə, şəxs bu zaman həkim allerqoloq və ginekoloqun birgə nəzarətində olmalıdır: “Sadəcə olaraq yaxın zamanda hamiləlik planlaşdırılırsa, bu zaman müalicə təxirə salınmalıdır”.
K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun allerqoloqu Çinarə Novruzova bildirib ki, allergiya zamanı antibiotik müalicəsinə ehtiyac yoxdur.
O bildirib ki, xəstə müraciət edəndə əgər allergiya dəridə təzahür edirsə, dermatit formasında müşahidə edilirsə, bura ikincili infeksiya qoşula bilər: “Bu zaman biz antibiotic müalicəsinə müraciət edə bilərik. Əgər bronxial-asma tutmalarından danışırıqsa, laborator klinik infeskiya varsa, yenə antibiotic istifadə edə bilərik. Amma sırf allergiyanın müalicəsində antibiotikllərə müraciət etmək düzgün deyil”.