İspaniya La Liqasında XXXI tura start verilib.
Milletinsesi.info xəbər verir ki, “Real” (Madrid) “Jirona”nın qonağı olub. Matç meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 4:2.
Madridlilərin qollarına Vinisius Junior və Lukas Vaskes imza atıblar. Kataloniya klubunun bütün qollarını isə Tati Kastelyanos vurub. O, XXI əsrdə La Liqa matçında “Real”a 4 top vuran ilk futbolçu kimi tarixə düşüb.
Bu məğlubiyyətdən sonra 65 xalda qalan “kral klubu” əvvəlki kimi 2-ci pillədədir və lider “Barselona”dan 11 xal geri qalır. “Barsa”nın ehtiyatda bir oyunu da var. “Jirona” qələbə sayəsində iki pillə irəliləyərək 9-cu sıraya yüksəlib. Komandanın 41 xalı var.