Əməyin ödənişi sahəsində nöqsanlara 14 uyğunluq auditində rast gəlinib.
Pravda.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Hesablama Palatasının 2022-ci ildə fəaliyyəti haqqında Hesabatda qeyd edilib.
Bildirilir ki, hesabat ilində aparılmış uyğunluq auditləri ilə əməyin ödənilməsi sahəsində yol verilmiş xarakterik nöqsanlara dövlət qulluqçusu olmayan əməkdaşlara dövlət qulluğunun inzibati vəzifələri üzrə Əməyin ödənişi sahəsində nöqsanlara 14 uyğunluq auditində rast gəlinib.
Hesabat ilində aparılmış uyğunluq auditləri ilə əməyin ödənilməsi sahəsində yol verilmiş xarakterik nöqsanlara dövlət qulluqçusu olmayan əməkdaşlara dövlət qulluğunun inzibati vəzifələri üzrə nəzərdə tutulan əlavələrin, mükafatların və müavinətlərin verilməsini, əmək müqaviləsinin qüvvəyə minmədiyi tarixlərdə və davamiyyəti olmayan əməkdaşlara əməyin ödənilməsini, müvafiq təhsil və ixtisas tələb edilən sahələrə digər ixtisasa malik və müvafiq təhsili olmayan şəxslərin cəlb edilməsini, əməyin ödənişi üzrə hesablanmış məbləğlərin şişirdilməsini, əməkhaqqı kartlarına əməyin ödənişi üzrə hesablanmış məbləğdən daha çox vəsaitin köçürülməsini, vəzifələrin həvalə edilməsi ilə bağlı tələblərə riayət edilməməsini, məzuniyyət haqqının düzgün hesablanmamasını və s. aid etmək olar.