İraq sakinlərinə XƏBƏRDARLIQ: Məktəblər bağlandı, uçuşlar DAYANDIRILDI

 23-05-2022

İraqda axşam saatlarında başlayan və ölkəni iki gün əsir alacaq qum fırtınası səbəbiylə sabah qeyri-iş günü elan edilib.

İraqın Nəqliyyat Nazirliyi ölkənin bütün hava limanlarında uçuşları dayandırıb.

Həmçinin, baş nazir Mustafa Əl-Kaziminin göstərişi ilə sabah bütün dövlət idarələri və məktəblərdə tətil elan edilib.

Qərar yalnız sağlamlıq və təhlükəsizlik xidmətləri göstərən qurumlara şamil edilməyib.

Axşam saatlarında başlayan fırtına səbəbindən ölkə yollarında görmə məsafəsinin 1 kilometrdən aşağı düşəcəyi gözlənilir.

Vətəndaşlara evdən çıxmamaq barədə xəbərdarlıq edib.

Mənbə: TRT

Bənzər yazılar

0.46683096885681