UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilir.
Milletinsesi.info-ın məlumatına görə, bununla da yarımfinalın iştirakçıları bəlli olacaq.
İngiltərə “Mançester Yunayted”i İspaniyada “Sevilya”nın qonağı olub. Matç əndəlusiyalıların böyükhesablı qələbəsi ilə başa çatıb - 3:0. İlk oyun 2:2 hesabı ilə başa çatdığından ümumi hesabda 5:2 üstün olan “Sevilya” yarımfinala adlayıb.
İtaliya “Yuventus”u Portuqaliyada “Sportinq”in qonağı olub. Evdə minimal hesablı qələbə qazanan turinlilər səfərdə heç-heçə etməklə mərhələ keçiblər.
Almaniya “Bayer”i Belçikada “Union”la üz-üzə gəlib. 4:1 hesablı qələbə qazanan leverkuzenlilər yarımfinala yüksəliblər.
UEFA Avropa Liqası 1/4 final, cavab oyunları
20 aprel
“Sevilya” (İspaniya) - “Mançester Yunayted” (İngiltərə) - 3:0
Qollar: En Nesiri, 8, 81, Bade, 47
İlk oyun - 2:2
“Sportinq” (Portuqaliya) - “Yuventus” (İtaliya) - 1:1
Qollar: M.Devards, 20 (pen.) - Rabyo, 9
İlk oyun - 0:1
“Union” (Belçika) - “Bayer” (Almaniya) - 1:4
Qollar: Terho, 65 - Diabi, 2, Bakker, 38, Frimponq, 61, Hlojek, 79
İlk oyun - 1:1
“Roma” (İtaliya) - “Feyenoord” (Niderland) - 2:1 (əlavə vaxt)
Qollar: Spinatsola, 60, Dibala, 89 - İqor, 80
İlk oyun - 0:1
Qeyd edək ki, yarımfinalda “Yuventus” “Sevilya”, “Bayer” isə “Feyenoord” – “Roma” cütünün qalibi ilə üz-üzə gələcək.