141 nömrəli məktəbdə RÜŞVƏT QALMAQALI - VİDEOFAKT

 22-05-2022
Bakıda daha bir orta məktəbdə rüşvət qalmaqalı baş verib.
 
MillətinSəsi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb. 
 
Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 141 nömrəli məktəbin şagirdi Əli Əzizlinin babası şagirdlərdən pul yığılmasına etiraz edərək sözügedən məktəbin rəhbərliyi ilə görüşmək istəsə də, buna nail ola bilməyib.
 
O, iddia edib ki, məktəbin direktoru nəvəsinin valideyninə bildirib ki, pul verməsə, uşağını məktəbdən çıxaracaq.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Yenisabah.az-a bildirilib ki, qurum baş vermiş hadisədən və iddialardan xəbərdardır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. Təhsil müəssisələrinin fəaliyyətinə uyğun olmayan hallara qarşı müvafiq tədbirlərin görülməsi hər zaman diqqət mərkəzində saxlanılır”.
 

Bənzər yazılar

0.19039678573608