Türkiyə Superliqasının 30-cu həftəsində “Fənərbağça” səfərdə “Başakşehir”lə qarşılaşıb.
Sarı-lacivərdlər 30-cu dəqiqədə hesabda geri düşsələr də, geridönüş edərək 88 və 90+3-cü dəqiqələrdə atdıqları qollarla matçı öz xeyirlərinə başa vurublar – 2:1.
“Fənər”in qələbəsində say üstünlüyünün də rolu olub. Belə ki, ev sahibi komanda 70 və 90+7-ci dəqiqələrdəki qırmızı vərəqələr sayəsində qarşılaşmanı 9 nəfərlə tamamlayıb.