Ermənilər Azərbaycan ərazilərini minalayarkən qadağan olunmuş üsullardan istifadə ediblər

 19-04-2023

“Azad olunmuş ərazilərin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi zamanı ermənilərin qadağan olunmuş üsullardan istifadə etdikləri məlum olub”.

“Report”un Qarabağ bürosu xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin Mina Əleyhinə Xüsusi Təyinatlı Alayının bölük komandiri Səbuhi Sarıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, bütün çətinliklərə baxmayaraq, ərazilərin diqqətli şəkildə təmizlənməsi prosesi aparılır:

“Düşmən qadağan olunmuş üsullardan istifadə etməklə ərazilərin minalanması zamanı heç bir standart və norma gözləməyib. Buna görə də ərazilər çox ciddi şəkildə minalanıb. Bütün bunlara baxmayaraq, ərazilərdə minatəmizləmə prosesi tam gücü ilə davam etdirilir”.

Bölük komandiri bildirib ki, mina və partlamamış hərbi sursatlarla çirkləndirilmiş ərazilər aidiyyəti qurumların əməkdaşları ilə qarşılıqlı fəaliyyət əsasında təmizlənir:

“İşğaldan azad olunmuş ərazilərdə qeyd olunanlara paralel olaraq, quruculuq işləri də sürətlə davam etdirilir. 30 ildir doğma ata-baba yurdlarından didərgin düşmüş məcburi köçkünlərimizin, ərazilərə səfər edəcək vətəndaşlarımızın tam təhlükəsiz yaşaması üçün dövlət əlində olan bütün imkanlardan istifadə edir ki, ərazilərdə heç bir maneə qalmasın”.

Bənzər yazılar

0.13822197914124