Ramazan ayının iyirmi səkkizinci gününün imsak, iftar və namaz vaxtları

 18-04-2023

Sabah Ramazan ayının iyirmi səkkizinci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 19-da imsak vaxtı saat 04:26-də, iftar vaxtı isə 19:38-dədir. 

Aprelin 19-u üçün namaz vaxtları: 

Sübh azanı 04:31
Zöhr azanı 12:40
Əsr azanı 17:25
Məğrib azanı 19:38
İşa azanı 20:44

İyirmi səkkizinci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

“Allahummə vəffir həzzi fihi minən-nəvafil. Və əkrimni fihi bi-ihzaril-məsail. Və qərrib fihi vəsiləti ileykə min beynil-vəsail. Ya mən yəşğəluhu ilhahul-mulihhin!” 

Tərcüməsi: “İlahi, bu gün mənə yaxşı əməllərin bəhrəsini bol et! İstəklərimi yerinə yetirməklə mənə kəramət göstər! Sənə yetmək üçün yollar içindən seçdiyim yolu özünə yaxın et! Ey israr edənlərin öz israrları ilə məşğul edə bilmədikləri Allah!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!” 

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

Bənzər yazılar

0.22273516654968