Tərtərdə 43 yaşlı kişi minaya düşüb

 18-04-2023

Tərtərdə 43 yaşlı kişi minaya düşüb.

Daxili İşlər Nazirliyindən APA-ya bildirilib ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Borsunlu sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində boş ərazidə minaya düşüb.

O, xəstəxanaya yerləşdirilib, ayağı amputasiya edilib.

Borsunlu sakininin minaya düşməsi ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumatda deyilir.

Qeyd olunur ki, aprelin 18-də Tərtər rayonunun Borsunlu kənd sakini, 1980-ci il təvəllüdlü Elnur Əsgərov kənd ərazisində açıq sahədə mina partlayışı nəticəsində xəsarət alıb.

Həmçinin bildirilir ki, 2020-ci ilin 10 noyabr razılaşması ilə döyüş əməliyyatları dayandırılandan bu günə qədər Ermənistan silahlı qüvvələrinin basdırdıqları minaların partlaması nəticəsində hərbi qulluqçu və mülki şəxsləq olmaqla ümumilikdə 291 nəfər mina qurbanlarından 51 nəfər həlak olub, 240 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Bənzər yazılar

0.14156889915466