Nəhəng qida şirkəti olan “Delta Grup C.O.” MMC-nin yeni sahibi kimdir?

 17-04-2023

Azərbaycanın qida sektorunun tanınmış şirkətlərindən biri olan “Delta Grup C.O.” MMC-nin (VÖEN – 1301479871) direktoru İlkin Şabanov şirkət rəyhbərliyindən getdiyini açıqlayıb.

Yeniavaz.com xəbər verir ki, İlkin Şabanovun bu açıqlamasından sonra şirkətə yeni direktor təyin olunmayıb.

Məlumat üçün bildirək ki, “Delta Grup C.O.” MMC 22.10.2007-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hazırda nizamnamə kapitalı 20 milyon 3 min manat olan MMC-nin hüquqi ünvanı Səbail rayonu, Zərifə Əliyeva, ev 93-də yerləşir.

Qeyd edək ki, hal-hazırda MMC-yə məxsus olan “delta-group.az” saytı işləmir. MMC-nin üzv olduğu “Caspian Energy Club”un saytında isə göstərilir ki, "Delta Qrup C.O." MMC 1999-cu ildə yaradılıb. Şirkət "Anchor", "Доярушка", "Molkerei Ammerlander", "Golden Cow", "Tibet", "Nordex Food", "NZMP", "Peros" kimi bir çox xüsusi markanın Azərbaycanda rəsmi distribyutorudur. "Delta Qrup C.O." MMC-nin çörək, çörək məhsulları, (marka "Çörəkçi") un, qənnadı məmulatları ("BiSmak" markası) və makaron ("Odad" markası) istehsal edən beş böyük fabriki var.

“Moskva”, “Qız qalası”, “Buratino”, “Nejnoe”, “Milk”, “Glucose”, “Nice”, “Toplyonoye moloko”, “Sport”, “Petit Buerre” kimi peçenye markalarının istehsalçısı da "Delta Qrup C.O." MMC olub. Bu şirkətin sosial şəbəkə hesablarında da ötən ilin noyabr ayından etibarən heç bir yenilənmə aparılmayıb.

Xatırldaq ki, ötən ilin avqust ayında "Delta Qrup C.O." MMC yenidən təşkil olunaraq tərkibindən ayrılma nəticəsində “ATS Food” MMC-nin yaradıldığını elan edib.

"Delta Qrup C.O." MMC-yə məxsus olan "Çörəkçi", “Bismak” kimi markalar ötən ilin sentyabr ayından etibarən “AST Food” MMC (VÖEN -1406129621) adlı şirkətə məxsus markalar kimi təqdim olunur. “ATS Food” MMC-nin “AgroTrade Supply” MMC-nin törəmə şirkəti olduğu bildirilir.

Vergilər Xidmətinin reyestr məlumatlarında “AgroTrade Supply” MMC barədə məlumat yoxdur. “ATS Food” MMC-nin isə 08.09.2022-ci ildə - "Delta Qrup C.O." MMC-nin ikiyə parçalanmasından sonra 23 milyon 303 min manat nizamnamə kapitalı ilə yaradıldığı bildirilir. Şirkətin hüquqi ünvanı ölkənin ən böyük şirkətlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr., ev 153-də yerləşir.

MMC-nin qanuni təmsilçisi Tağıyev Maşallah Saleh oğludur. Tağıyev Maşallah Saleh oğlu əvvəllər fövqəladə hallar naziri Kəmaləddin Heydərovun ailə üzvlərinə bağlı olan şirkətlərdə rəhbər vəzifələrdə işləyib. Maşallah Tağıyev “Bank of Baku”nun Müşahidə Şurasının üzvü, həmçinin 2016-cı ildə dövlət qeydiyyatına alınan “GP SOY Processing” MMC-nin (VÖEN- 1503242161) direktoru olub.

Müəllif A. Cəfərov

Bənzər yazılar

0.15023612976074