Tərtər rayonunun Talış kəndinə köçürülmüş sakinlər buradakı həyat şəraiti, uyğunlaşma prosesi və gələcək planları barədə fikirlərini bölüşüblər.
2023-cü il martın 16-da Talışa ilk köç karvanı ilə gəlmiş kənd sakinləri, məktəblilər buradakı şəraitdən və doğma kənddə dönüşdən məmnundurlar.
Onlar Ali Baş Komandan cənab İlham Əliyevə, qüdrətli Azərbaycan Ordusuna, işğal altında olan torpaqlarımızın azad olunması uğrunda canlarından keçmiş şəhidlərimizə və fədakar qazilərimizə minnətdar olduqlarını bildiriblər.
Xatırladaq ki, Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə 20 ailə köçürülüb. Yurd həsrəti bitən 90 kənd sakini bu torpağa yeni nəfəs gətiriblər.
Dövlət Komitəsinin əməkdaşları ilə söhbətdə Talış sakinləri doğma yurda qayıdışın sevinci ilə yanaşı, burada gördükləri işlərdən də söz açıblar.