Azərbaycan millisinin daha bir sabiq üzvü Kanada yığmasında ÇALIŞA BİLƏR

 21-05-2022

Futzal üzrə Azərbaycan millisinin sabiq üzvü Serjao Kanadanın yeniyetmə futzalçılardan ibarət millisinə məşqçi təyin oluna bilər. 

Bu barədə MillətinSəsi.info-a bu ilin əvvəlindən Kanadanın yeniyetmə futzal millisinin baş məşqçisi işləyən Elnur Qəmbərov məlumat verib: 

“Əslində mən yaşadığım Toronto şəhərində futzal akademiyası açmaq istəyirəm. Onu da bura o məqsədlə gətirmişəm. Ancaq federasiyaya da bildirmişəm ki, bu şəxs mənə millidə kömək ola bilər. Böyük ehtimalla, o mənim köməkçilərimdən biri olacaq”. 

Qeyd edək ki, əsl adı Serjio Luis Masiel Lukas olan 42 yaşlı Serjao 2008-2010-cu illərdə “Araz Naxçıvan” klubunda çıxış edib. 

Həmçinin, o, Azərbaycan millisində 43 oyun keçirib və 12 qol vurub. Braziliyalı 2010-cu ildə Azərbaycan millisinin Avropa çempionatında dördüncü yeri tutmasında əsas pay sahiblərindən biri olub. 

 

Bənzər yazılar

0.027772903442383