Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib.
Ənənəvi cümə podkastının budəfəki qonağı məşhur azərbaycanlı hərbi müxbir Fərdin İsazadədir.
Həmid Həmidovla söhbəti zamanı Fərdin İsazadə bir neçə gün öncə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən itkin düşən və Ermənistanda tapılaraq saxlanılan, işgəncələr verilən azərbaycanlı hərbçilərdən, onlara qarşı Ermənistan tərəfindən irəli sürülən ittihamların həqiqəti əks etdirməməsindən danışıb. O, həmçinin bir neçə gün əvvəl Ermənistanla şərti sərhəddə baş verən toqquşma, burada Avropa və KTMT missiyalarının fəaliyyəti, Azərbaycan-İran münasibətləri, Rusiya-Ukrayna müharibəsi və s. barədə fikirlərini bildirib.
Azərbaycanla İran arasında hərbi qarşıdurma ilə bağlı danışan Fərdin İsazadə bu ehtimala inanmadığını və bunun hər iki tərəf üçün məqsədəuyğun olmadığını qeyd edib.
Ətraflı videosüjetdə: