Qısa ətəklərin yaradıcısı Meri Kuant vəfat etdi

 14-04-2023

Qısa ətəklərin yaradıcısı hesab olunan britaniyalı dizayner Meri Kuant cümə axşamı 93 yaşında vəfat edib.

O, Surreydəki evində dünyasını dəyişib.

Xatırladaq ki, 1966-cı ildə Kuant Britaniya İmperiyasının ordeni ilə təltif olunub.

2021-ci ildə britaniyalı kinorejissor Sedi Frost dizaynerin həyatından bəhs edən “Meri Kuant: Qısa İnqilab” adlı sənədli film çəkib.

Mənbə: TASS

Bənzər yazılar

0.19631695747375