Beynəlxalq Ədalət Məhkəməsində Ukraynanın Rusiyaya qarşı işində artıq 42 ölkə Ukraynanın tərəfini tutub.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün “Twitter” səhifəsində yazıb.
"Beynəlxalq Ədalət Məhkəməsində Rusiya Federasiyasına qarşı işdə 42 dövlət Ukraynanın tərəfini tutdu və bizim iddiamıza qoşulmaq niyyətini açıqladı. Tarixin doğru tərəfini seçmiş tərəfdaşlara minnətdaram. Bu, həqiqətin, beynəlxalq hüquq və ədalətin tərəfidir. Biz birlikdə Rusiya Federasiyasını məsuliyyətə cəlb edəcəyik”, – deyə notada bildirilir.
Mənbə: Unian.net