Arelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini atəşi tutması nəticəsində şəhid olan Səbuhi Gündüz oğlu Tağıyevin nəşi Naxçıvana aparılıb.
Milletinsesi.info xəbər verir ki, şəhidin nəşi ailəsinə təhvil verilməsi üçün Naxçıvan MR-in Şahbuz rayonunun Badamlı qəsəbəsinə aparılıb.
Şəhid Səbuhi Gündüz oğlu Tağıyevin nəşi ailəsinə təhvil verilib.
Mərhumun cənazəsi Naxçıvan MR Şahbuz rayonunun Badamlı qəsəbəsinə gətirilib.
Şəhidlə vida mərasimi keçirilib. Mərasimdə şəhidin yaxınları ilə yanaşı, hərbçi yoldaşları, rəsmi şəxslər, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon sakinləri iştirak ediblər.
Şəhidlə vida mərasimi doğulduğu evdə keçirilib.
Vida mərasimindən sonra şəhid Badamlı qəsəbə qəbiristanlığında torpağa tapşırılıb.