“Azərbaycan Dövlət “Yuğ” Teatrının bina problemi dözülməzdir”.
Milletinsesi.info-ın məlumatına görə, bunu “Azərbaycan teatrı – 150: inkişaf perspektivləri” mövzusunda keçirilən Teatr Forumunda Azərbaycan Dövlət “Yuğ” Teatrının quruluşçu rejissoru Gümrah Ömər bildirib.
Onun sözlərinə görə, tamaşalar hazırlayan zaman maneələrlə rastlaşırlar:
“Bu cür böyük teatrın tamaşalarını biz kiçik məkanlarda təqdim etmək məcburiyyətində qalırıq. Bəzən bizə qarşı yaranan əngəllər olur”.
“M.Teatr”ının rəhbəri, Xalq artisti Vidadi Həsənov isə bildirib ki, Azərbaycan Dövlət “Yuğ” Teatrının binasının olmaması ilə bağlı bir neçə dəfə Mədəniyyət Nazirliyinə müraciət edilib:
“Biz bu barədə düşünürük” cavabını alırdıq. Fikirləşirəm ki, düşünmək yox, iş görmək lazımdır”.