Türkiyə Peşəkar Futbol İntizam Komitəsi “Qalatasaray”ın futbolçusu Mauro İkardini cərimələyib.
Argentinalı hücumçu “Instagram” hesabındakı paylaşıma görə cəzalanıb. O, Türkiyə Kubokunun 1/4 final mərhələsində “Başakşehir”lə matçdan sonra sosial şəbəkədə hakimləri tənqid edib. Bu səbəbdən İkardi 150 min lirə (təxminən 13 200 manat) ödəməli olacaq.
“Qalatasaray” “Başakşehir”ə 2:3 hesabı ilə uduzduğu matçda hakim idarəçiliyindən narazı qalıb.