Sabiq “Qarabağ”lı 21-ci saniyədə gözəl qol vurdu, Fransa klubunun tarixinə düşdü - VİDEO

 10-04-2023

“Qarabağ”ın sabiq futbolçusu İbrahima Vadji Fransanın “Sent-Etyen” klubunun tarixinə düşüb.

Seneqallı hücumçu buna Liqa 2-nin XXX turunda “Paris”lə səfər oyununun (4:2) 21-ci saniyəsində fərqlənməklə nail olub. O, “Sent-Etyen”in XXI əsrdə ən erkən ikinci qoluna imza atıb.

Klub tarixinin bu əsrdə ən sürətli qolunun müəllifi isə Vahbi Xazridir. O, 2021-ci ildə Liqa 1-də “Lans”la qarşılaşmanın 18-ci saniyəsində fərqlənə bilib.

Vadji keçən ilin yayında transfer olunduğu “Sent-Etyen”in heyətində 23 oyun keçirib və 9 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Mənbə: OptaJoe

Bənzər yazılar

0.13931202888489