DYP-yə məhəl qoymayıb arxaya hərəkət edən avtomobilin sürücüsü SAXLANILDI – VİDEO

 09-04-2023

Bakıda əks hərəkət istiqamətinə daxil olan avtomobil yolda təhlükəli vəziyyət yaradıb.

Milletinsesi.info xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində, Heydər Əliyev Mərkəzinin yaxınlığında baş verib.

Belə ki, yolun əks istiqamətində gedən “Volkswagen Touareg” markalı avtomobil qarşısında DYP avtomobilini görüncə geriyə doğru hərəkət etməyə başlayıb. Yol polisinin qanunu dayanma tələbinə əməl etməyən avtomobilin sürücüsü sürətli şəkildə geriyə hərəkət edərək digər yola çıxıb və başqa hərəkət iştirakçılarına təhlükə yaradıb.

Bakıda polisin dayanma tələbinə məhəl qoymayaraq girdiyi əks yöndən arxaya doğru hərəkət edərək uzaqlaşmağa çalışan, daha sonra uzun müddət bu şəkildə hərəkəti davam etdirən avtomobilin sürücüsü qəza törədib.

Milletinsesi.info xəbər verir ki, Heydər Əliyev Mərkəzinin qabağında yolun əks istiqamətində gedərkən DYP avtomobili ilə qarşılan “Volkswagen Touareg” markalı avtomobilin sürücüsü geriyə hərəkət etməklə hadisə yerindən uzaqlaşmağa çalışıb. Bu şəkildə Nərimanov rayonu, İzzədin Həsənoğlu küçəsinə qədər gedən nəqliyyat vasitəsi küçə boyunca Fətəli Xan Xoyski istiqamətində də geriyə doğru hərəkəti davam etdirib.

Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.

DİN-nin Mətbuat xidmətinin şöbə müdiri, polis polkovnik-leytenantı Elşad Hacıyev Bakıda yolun əks istiqamətində maşın sürən şəxsin saxlanıldığını bildirib.

O bildirib ki, sözügedən şəxs 20 yaşlı tələbədir və saxlanılaraq məsuliyyətə cəlb edilib.

Polisdən qaçarkən bir neçə avtomobillə toqquşan və təhlükəli qəza şəraiti yaradan maşın nəhayət Həsənoğlu küçəsində dayandırılıb.

Sözügedən görüntüləri təqdim edirik:

 
45

 

 

 

Bənzər yazılar

0.46475911140442