Hər iki komandanın baş məşqçisi oyundan qovuldu, “Tottenhem” 3 xalı 2 qolla qazandı – VİDEO

 08-04-2023

İngiltərə Premyer Liqasında XXX tur davam edir.

Milletinsesi.info xəbər verir ki, baş məşqçi postuna Frenk Lempardı gətirən “Çelsi” “Vulverhempton”un qonağı olub və minimal hesabla uduzub - 0:1.

Yeganə qolu 31-ci dəqiqədə Mateus Nunyes vurub.

“Çelsi” 39 xalla 11-ci, “Vulverhempton” 31 xalla 12-cidir.

Londonun digər təmsilçisi “Tottenhem” “Brayton”u qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

“Xoruzlar”ın qollarını Son Xın Min və Harri Keyn vurublar. “Brayton”un yeganə qoluna Lyuis Dank imza atıb. Matçda diqqət çəkən məqamlardan biri komandaların baş məşqçilərinin - Kristian Stellini və Roberto De Zerbinin 59-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə cəzalandırılması olub.

“Tottenhem” 53 xalla 5-cidir. “Brayton” isə 46 xalla 7-ci pillədə qərarlaşıb.

Açılış oyununda “Mançester Yunayted” “Everton”u qəbul edib. Matç “qırmızı şeytanlar”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 36-cı dəqiqədə Skot Maktominey açıb. 71-ci dəqiqədə isə Antoni Marsial matçda son nöqtəni qoyub.

Xallarını 56-ya çatdıran “Mançester Yunayted” “Nyukasl”ı geridə qoyaraq 3-cü pilləyə yüksəlib. Komanda “Nyukasl”a nisbətən bir oyun artıq keçirib. “Everton” 27 xalla 16-cıdır.

Bənzər yazılar

0.16039085388184