“Formula-1”: Dünya ulduzlarının konsertinə yalnız üçgünlük tribuna bileti olanlar qatıla biləcəklər

 08-04-2023

“Formula-1” üzrə Azərbaycan Qran-prisində dünya ulduzlarının konsertinə yalnız üçgünlük tribuna bileti olanlar qatıla biləcəklər”.

Bunu “Report”a açıqlamasında Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkətinin mətbuat katibi Turab Teymurov deyib.

Qurum rəsmisi bildirib ki, yalnız bulvar ərazisindəki əyləncə mərkəzinə giriş bütün bilet sahiblərinə şamil olunacaq:

“Cümə günü DJ Don Diablo, şənbə günü DJ Hardvel konsert proqramları ilə çıxış edəcəklər”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 28-30 apreldə keçiriləcək.

Bənzər yazılar

0.49945902824402