Suvarma Sistemləri İdarəsi vergi borcu olan təşkilatı tenderdə qalib ELAN ETDİ – FOTOFAKT

 20-05-2022

Neftçala Suvarma Sistemləri İdarəsi 2022-ci ilin 17 may tarixində sifarişçi olduğu növbəti satınalmaya yekun vurub.

Qlobal.az xəbər verir ki, İdarənin “Cari təmir işləri üçün tikinti materialları və dəmir məmulatlarinin satın alınması” lotu üzrə sifarişçi olduğu tenderin məbləği 152.350 manat, qalibi isə “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.

Tender keçirildiyi tarixdə “Sevinc-96” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlətə 55.016 manat vergi borcu olub.

“Dövlət Satınalmaları Haqqında” Qanunun 28.ci maddəsinin tələblərinə görə malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış tələb olunur.

Neftçala Suvarma Sistemləri İdarəsi 55.016 manat vergi borcu olan təşkilatı tenderin qalibi etməsinə aydınlıq gətirməyib.

Qeyd edək ki, Neftçala Suvarma Sistemləri İdarəsinin rəisi Elçin Əsədovdur.

Neftçala Suvarma Sistemləri İdarəsi Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərir.

Meliorasiya və Su Təsərrüfatı ASC-dən vergi borcu olan təşkilatın tenderdə hansı səbəbə görə qalib elan edilməsi məsələsi barədə mövqe ala bilmədik.

Xatırladaq ki, Meliorasiya və Su Təsərrüfatı ASC sədri Zaur Mikayılovdur.

Bənzər yazılar

0.33714318275452