Şəhid Rövşən Nəsirovun adını daşıyan 111 saylı orta məktəbdə NƏ BAŞ VERİR?

 20-05-2022

Bu günlərdə təhsil naziri Emin Əmrullayevin əmri ilə 18 məktəb direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib. Onlardan 14 nəfər çalışmanın yaş həddinə çatması ilə əlaqədar, dörd nəfər isə müddətli əmək müqaviləsi müddətinin başa çatması ilə əlaqədar vəzifələrinə xitam verilib.

Direktoru işdən çıxarılan məktəblərin siyahısında şəhid Rövşən Nəsirovun adını daşıyan Nəsimi rayon 111 nömrəli tam orta məktəbin olmaması bir az məyusedici idi. Çünki sözü gedən məktəbin başdan-başa korrupsiyaya bulaşmış direktoru Jalə Hacıyevanın adı qovulmuş direktorların siyahısında başda olmalı idi. Çünki o, müqəddəs müəllim adına ləkə gətirən şantajçı, pis əməl sahiblərini nəinki məktəbdən uzaqlaşdırmır, əksinə ona şərait yaradır. Burdan aydın olur ki, elə Jalə Hacıyeva özü də əyri yolun yolçusudur.

Onun rəhbərlik etdiyi məktəbin müəlliməsi Şahvələdova Aynur Mahmud qızı bir daha vurğulamaq istəyirik ki, müqəddəs müəllim peşəsinin üz qarasıdır. O, 2017-ci ildə sinif rəhbəri olduğu 11-ci sinifin Şəhriyar adlı şağirdinin yoldaşı ilə mübahisə etməyini bəhanə gətirib, uşağın anası Təranə Kəlbalıyevaya zəng edib ki, bu mübahisə polisə düşməsin deyə təcili 500 manat pul verməldir.

Həyat yoldaşı rəhmətə gedən valideyn də qaynanası ilə evdə münaqişə yaranmasın deyə razılaşır ki, bu pulu müəllimə özündən versin və sonra o borc tapıb qaytarar. Elə həmin gün axşam müəllimə zəng edib deyir ki, bu məsələni 700 manata həll edib və bu pul ona çatmalıdı. Bu pulu tapıb qaytara bilmədiyinə görə valideynlə A.Şahvələdova belə razılığa gəliblər ki, yaxınlıqda yerləşən Seyid adlı şəxsin ərzaq mağazasından müəllimə həmin məbləğdə nisyə ərzaq alsın. Həmin gündən başlayaraq müəllimə mağazadan bir ay ərzində 1200 manatlıq ərzaq alır və borcu da valideynin adına yazdırır.

Əsil həngamə də bundan sonra başlayır. Valideynin çarəsizliyindən və hadisəni qaynanasından gizlətdiyindən istifadə edən müəllimə bu işə həyat yoldaşı İlqarı da qoşaraq şantaja əl atır. Onlar bildirirlər ki, bu ərzaq almaq hər ay davam etməlidi və əks halda oğlunu polisə verib tutduracaqlar, həm də qaynanasına bu hadisəni gizlətdiyini deyəcəklər.

Köməksiz və çarəsiz qalan valideyn də evdə olan qızıllarının bir hissəsini satıb, digərlərini də lombarda qoyaraq Seyidin mağazasına olan borcu bağlamağa çalışıb. Amma borc hər ay artdığından və lombarda da faizlər yığıldığından valideyn məsələni açıb anasına danışır. Anası və qardaşı bu baş verənləri araşdıranda məlum olur ki, hələ dükana 5400 manat borc var və 4 il ərzində şantaj yolu ilə müəllimə valideyndən 50.000 manata yaxın pul alıbdır.

111 saylı orta məktəbin direktoru Jalə Hacılyeva bu cinayət tərkibli əməllərinin qarşısını almaq əvəzinə, onlarla əlbir olub. Aynur Şahvələdova Təranənin adına nisyə götürdüyü ərzaqları aparıb müəllim yoldaşlarına satırmış. Bundan başqa Təranədən aldığı qızılları və bjuteriya mallarını məktəbdə satdığına görə direktor Jalə Hacıyevaya “görüm baxım” edirmiş. Ona görə də, direktor onu özünə müavin götürməyə söz verib.

Lakin bu cinayətin üstünü “Aktualxəbər.az” açandan sonra Jalə Hacıyeva Aynur Şahvələdovaya deyib ki, “get, zibilini təmizlə, gəl”…

Və təhsil naziri Emin Əmrullayev müqəddəs məkan olan məktəblərdə belə rüşvətxor ünsürləri saxlamağa təkid edir. Çünki onun məktəbləri yoxlamaq üçün göndərdiyi “revizorlar”, nöqsanlarla yerindəcə tanış olub, nazirə dəqiq məlumat vermək əvəzinə Jalə Hacıyeva kimi direktorların “cibləri” ilə tanış olub, məsələni yerində “həll edirlər”.

Ümid edirik ki, təhsil naziri bütün bu nöqsanları bir daha özü şəxsən araşdıracaq. Ona görə ki, özü dediyi kimi təhsil gələcəyimizdir…

Mövzuya qayıdacağıq və yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Mənbə aktualxeber.az

Bənzər yazılar

0.40239119529724