Kino Agentliyinin təqdim olunacağı vaxt açıqlandı 

 07-04-2023

“20-21 aprel tarixlərində Heydər Əliyev Mərkəzində keçiriləcək kino forumunda Kino Agentliyi təqdim olunacaq”.

Bunu APA-ya açıqlamasında mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli deyib.

“Kino forumunda ölkəmizin kino sahəsi, bugünkü gündəm məsələləri ətrafında müzakirələr olacaq”, - o əlavə edib.

Mədəniyyət nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Adil Kərimli Mədəniyyət Nazirliyində olan islahatlar barədə danışıb.

Adil Kərimli tapşırıq və iradlara əməl etməyənlərin fəaliyyətinə son qoyulacağını deyib: “Bizim tapşırıqlarımızı lazımi səviyyədə yerinə yetirməyənlər, Azərbaycan mədəniyyətinə xidmət baxımından uyğunsuz fəaliyyət göstərənlər, bu missiyanın öhdəsindən gələ bilməyənlər bizdən ayrılacaq”, - o deyib.

Bənzər yazılar

0.490070104599