UEFA Rusiya komandalarını beynəlxalq yarışlara buraxacaq?

 06-04-2023

Rusiya millisi və klubları Ukraynadakı hərbi əməliyyatlar başa çatana qədər UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirak edə bilməyəcəklər.

Bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun Lissabonda keçirilən 47-ci Konqresindən sonra təşkil edilən mətubat konfransında bidirib.

“Məncə, hərbi əməliyyatlar başa çatana qədər Rusiya komandalarının beynəlxalq turnirlərə buraxılması məsələsində nəyisə dəyişmək çətin olacaq”, - deyə A.Ceferin qeyd edib.

Xatırladaq ki, Ukraynadakı hərbi əməliyyatlara görə 2022-ci il fevralından Rusiya klubları və milli komandalarının FIFA və UEFA-nın bayrağı altında keçirilən yarışlarda iştirakına icazə verilmir.

Mənbə: TASS

Bənzər yazılar

0.13782501220703