Qazi-jurnalist İNTİHARA cəhd etdi: Vəziyyəti KRİTİKDİR

 19-05-2022

Düşmənə qarşı həm qələmi, həm də süngüsü ilə döyüşən jurnalistin səhhəti kritikliyini qoruyur.

Məşhur jurnalist, 44 günlük Vətən müharibəsi iştirakçısı, hazırda 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikilogiya şöbəsində müalicə alan Nəsimi Şərəfxanlının səhhəti sabit olsa da, kritik olaraq qalmaqdadır. 

Bu barədə Moderator.az-a jurnalistin qardaşı Əliağa Şərəfxanlı məlumat verib. Onun sözlərinə görə, qazi-jurnalist mayın 14-də özünəqəsd məqsədi ilə sirkə turşusu qəbul edib. Elə həmin gün zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən Nəsimi Şərəfxanlının müalicəsi istiqamətində bütün zəruri addımlar atılsa da, jurnalistin səhhəti hələ də kritik olaraq qalmaqdadır. 

Məlumat üçün qeyd edək ki, Nəsimi Şərəfxanlı Vətən müharibəsinin ilk günlərindən könüllü olaraq zabit kimi hərbi əməliyyatlara qoşulub və dövlət başçısının müvafiq sərəncamları ilə  Cəbrayıl və Qubadlının azad edilməsində göstərdiyi igidliklərə görə medallarla təltif edilib. 

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu bildirib ki, xəstə ayın 14-ü mərkəzə yerləşdirilib:

“Çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti nisbətən yaxşılaşıb. Toksikologiya şöbəsində həkim nəzarətində saxlanılır. Həyati təhlükəsi yoxdur. Həkimlərin sözlərinə görə, şəxs sirkə turşusu içib”.

Qeyd edək ki, jurnalist N.Şərəfxanlı 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicəsini davam etdirir.

Bənzər yazılar

0.20830798149109