“Ukrayna danışıqlar masasına qayıtmağa hazır olduğunu bildirən kimi Rusiya Federasiyası müsbət cavab verəcək”.
Bu barədə Rusiya Federasiyası xarici işlər nazirinin (XİN) müavini Andrey Rudenko deyib.
O bildirib ki, humanitar məsələlər üzrə təmas qrupunun Ankarada elan edilmiş görüşü barədə məlumatı yoxdur.
Rudenko onu da qeyd edib ki, son üç ay ərzində yeni geosiyasi reallıqlar yaranıb və xarici siyasət konsepsiyasına düzəlişlər etmək lazımdır.
Mənbə: TASS