Boks üzrə dünya çempionuna iki illik cəza

 04-04-2023

Böyük britaniyalı peşəkar boksçu Əmir Xan iki il müddətinə diskvalifikasiya edilib.

Buna onun dopinqdən istifadə edilməsi səbəb olub. 2022-ci ilin fevralında həmyerlisi Kell Bruka uduzduqdan sonra dünya çempionundan götürülən testin nəticəsinə əsasən, onun qanında qadağan olunmuş maddə aşkar edilib. Sanksiyanın müddəti keçən ilin aprelindən hesablanır.

Əmir Xan 2022-ci ilin mayında karyerasını başa vurub. 2004-cü il Yay Olimpiya Oyunlarının mükafatçısı həmin il gənclər arasında dünya çempionluğunu əldə edib. O, 2005-ci ildən peşəkar boksla məşğul olub.

Mənbə: “Sky Sports”

Bənzər yazılar

0.13539910316467