FHN generalının adından saxta məktub yayıldı

 04-04-2023
Bəzi sosial şəbəkə səhifələrində Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi general-mayor Füzuli Əsədov tərəfindən işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən Yanğından Mühafizə hissələrinə ünvanlanmış, təlim keçirilməsi ilə bağlı hazırlıqlara dair göstəriş xarakterli "məktub"un şəkli yayılıb.
 
FHN-dən verilən məlumata görə, qeyd olunan "məktub" saxtadır və həqiqəti əks etdirmir.
 
"Bir daha sosial şəbəkə istifadəçilərini və kütləvi informasiya vasitələrini dəqiqləşdirilməmiş və həqiqətə uyğun olmayan məlumatları yaymamağa çağırırıq", - FHN-dən qeyd edilib.
 
Generalın adından saxta məktub yayıldı -  FOTO

Bənzər yazılar

0.28163695335388