İngiltərə Premyer Liqasının 29-cu turunda “Everton” doğma meydanda “Tottenhem”i qəbul edib.
Milletinsesi.info xəbər verir ki, matç 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 68-ci dəqiqədə H.Keyn penalti zərbəsindən açıb. 90-cı dəqiqədə M.Kin hesaba tarazlıq gətirib.
Son dəqiqədə qələbəni əldən verən “Tottenhem” “Nyukasl”ı turnir cədvəlində geridə qoymaq fürsətini əldən verib.
Bu oyundan sonra 50 xalla “Tottenhem” 4-cü, 27 xalla “Everton” isə 15-ci pillədə qərarlaşıb.