Ötən gün şəhid olan Novruz cüdoçu imiş

 03-04-2023

Dünən Tərtər rayonunun azad edilmiş hissəsində minaya düşərək şəhid olan Novruz Niftalıyev “Qəbələ” İdman Klubunun cüdo bölməsinin üzvü olub.

“Qəbələ” klubunun yaydığı məlumata görə, o, 2013-18-ci illərdə klubun şərəfini qoruyub. Novruz klubun məşqçisi Rail İsmayılovun rəhbərliyi altında beş ildən artıq hazırlıq keçib. Niftalıyev bu müddətdə dəfələrlə müxtəlif turnirlərin qalibi və mükafatçısı olub.

Aprelin 2-də minaya düşərək həlak olan 2004-cu il təvəllüdlü Niftalıyev Novruz Eldəniz oğlu Qəbələ rayonu Nohurqışlaq kəndində dəfn edilib.

Bənzər yazılar

0.4171998500824