Azərbaycan Ordusunun hərbçisi minaya düşdü

 02-04-2023

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi minaya düşüb.

“Report”un məlumatına görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin ağır olduğu bildirilir.

Bundan başqa, Müdafiə Nazirliyindən bildirilib ki, Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən birinin hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu aprelin 2-də minaya düşərək həlak olub.

Daha sonra Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlunun nəşi Qəbələ rayonuna gətirilib.

Hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib.

Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında dəfn olunub.

Faktla bağlı araşdırma aparılır.

Bənzər yazılar

0.4246039390564