İngiltərə Premyer Liqasının XXIX turunun daha bir oyunu keçirilib.
Milletinsesi.info xəbər verir ki, “Çelsi” öz meydanında “Aston Villa”ya uduzub - 0:2.
Qonaqların qollarını Olli Uotkins və Con Makgin vurublar. “Aston Villa” xalını 41-ə çatdıraraq 9-cu pilləyə yüksəlib. “Çelsi” 38 xalla 11-cidir.
Lider “Arsenal” “Lids”i qəbul edib. Matç “topçular”ın qələbəsi ilə başa çatıb - 4:1.
“Arsenal”ın heyətində Qabriel Jezuş dubl edib, digər qolları Ben Vayt və Qranit Caka vurublar.
“Lids”in təsəlli topuna Rasmus Kristensen imza atıb. 29 oyunda 72 xal toplayan “Arsenal” vahid liderdir və ən yaxın izləyicisi "Mançester Siti"ni 8 xal üstələyir. “Lids” isə 26 xalla 17-cidir.
Çempionluq uğrunda mübarizə aparan “Mançester Siti” öz meydanında “Liverpul”u qəbul edib. Görüş meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçda hesabı 17-ci dəqiqədə Məhəmməd Salahla “Liverpul” açıb. Lakin “şəhərlilər” bunun əvəzini artıqlaması ilə çıxıblar. Fasiləyə qədər Yulian Alvares hesabı bərabərləşdirib. İkinci hissədə isə Kevin De Brüyne, İlkay Gündoğan və Cek Qrilliş “Mançester Siti”yə qələbə qazandıran qolları vurublar.
28 matçda 64 xal toplayan “Mançester Siti” İPL-in turnir cədvəlində ikinci pillədədir. Komanda lider “Arsenal”dan 5 xal geri qalır. “Liverpul” isə 27 matçda topladığı 42 xalla altıncı yerdədir.