Ermənistan və Azərbaycan nümayəndələri Ermənistanın Sünik (Zəngəzur - red.) rayonunun Tex-Kornidzor hissəsinin sərhədlərini dəqiqləşdirmək üçün görüş keçiriblər.
Bu barədə şənbə günü Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) mətbuat mərkəzi məlumat yayıb.
Bildirilir ki, görüş Tex-Kornidzor ərazisində baş tutub.
“Sərhədlərin dəqiqləşdirilməsi üçün işlər aparılıb. Hazırda işlər davam etdirilir, nəticələr barədə ictimaiyyətə məlumat veriləcək”, - deyə məlumatda vurğulanıb.