Azərbaycan I Divizionunda XXII turun oyunları keçirilir.
Milletinsesi.info xəbər verir ki, “Araz Naxçıvan”la “Turan Tovuz”un oyunu məhsuldarlığı ilə diqqət çəkib.
Tovuzda keçirilən qarşılaşmada 11 qol vurulub. Qonaqların 6:5 hesablı qələbə qazandıqları qarşılaşmada toplardan ikisini komandalar öz qapılarına vurublar. Maraqlıdır ki, avtoqollar ardıcıl - 29 və 30-cu dəqiqələrdə qeydə alınıblar.
I Divizion
XXII tur
“Turan Tovuz-2” - “Araz Naxçıvan” - 5:6
“Turan Tovuz-2”: Akif Tağıyev, 7, Elvin İsmayılov, 20, Həzrət İsayev, 29 (öz qapısına), Elçin Qasımov, 68, Abbas Ağazadə, 71
“Araz Naxçıvan”: Orxan Əliyev, 11, 88, Bayraməli Qurbanov, 13, 62, Səbayıl Bağırov, 30 (öz qapısına), Fəhmin Muradbəyli, 72