Bakıda piyadasansa, maneələr qaçılmazdır.
Belə ki, paytaxtın mərkəzində piyada zolaqlarını zəbt edən avtomobillər və obyektlərlə nə qədər mübarizə aparılsa da, bu problemə köklü çıxış yolu hələ də tapılmayıb.
“Sovetski”də və Dilarə Əliyeva küçəsində piyadaların hərəkətinə maneə yaradan “sürücülər”in park etdiyi avtomobilləri yəqin görən yoxdur.
Bu bir kənara hələ üzərinə “sakin” yazıb özlərini haqlı çıxarmağa çalışan şəxsləri demirik. Binaların altındakı zirzəmidə yerləşən bir çox obyektlərin girişi məhz yola çıxdığından piyada zolaqlarının müəyyən hissəsini də həmin obyektlər “yeyib”.
Bu isə həmin yollarda hərəkət edən piyadaların yolun hərəkət hissəsinə çıxmasına və birbaşa olaraq həyatlarını təhlükəyə atmalarına zəmin yaradır.
PhotoStock.az-ın hazırladığı reportajı təqdim edirik:
Daha çox foto burada: PhotoStock.az