Naməlum şəxs Şoltsun mənzilinə daxil olmağa cəhd edib

 28-03-2023

Naməlum şəxs Almaniya kansleri Olaf Şoltsun Potsdamdakı mənzilinə daxil olmağa cəhd edib, lakin onun cəhdi uğursuz alınıb.

Bu barədə ölkənin təhlükəsizlik mənbələrinə istinadən məlumat yayılıb.

Məlumata görə, insident bazar günü axşam saatlarında baş verib.

Almaniya kanslerinin də yaşadığı Potsdamın mərkəzindəki binaya quldur girib. Şolts özü həmin vaxt Berlində Federal Kansler Ofisində iclasda olub.

Yerli mətbuatın yazdığına görə, təhlükəsizlik kamerasından çəkilmiş fotoda üzündə “Halloween” maskası olan bir kişi görünür. O, əlcək və alın fənəri taxıb, gödəkçə geyib. Naməlum şəxs mənzilə daxil olmaq istəyən zaman diqqət çəkib. Onu gördüklərinin fərqinə vardıqda isə dərhal qaçıb.

Polis hadisə yerinə baxış keçirib, şübhəlini axtarışa verib.

Bundan əlavə, binanın təhlükəsizlik tədbirləri və mühafizəsi gücləndirilib.

Qeyd edək ki, Şolts bu mənzilə 2021-ci ildə həyat yoldaşı Britta Ernst ilə birlikdə köçüb.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.46475005149841