Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyunu başa çatıb. Matçda Türkiyə təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda ilk hissə 1:1 hesabı ilə başa çatıb.
Bakıda “Qarabağ” və Türkiyənin “Qalatasaray” komandaları arasında keçirilən yoldaşlıq oyununda qonaqlar hesabda önə keçiblər. İstanbul klubunun heyətində Mauro İkardi penalti zərbəsindən fərqlənib.
Bakıda xeyriyyə oyununda üz-üzə gələcək “Qarabağ” və Türkiyə “Qalatasaray”ının start heyətləri bəlli olub.
Məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxıblar:
“Qarabağ”: 89. Amin Ramazanov, 5 Maksim Medvedev, 4. Rahil Məmmədov, 81. Kevin Medina, 96. Donald Gerye, 6. Julio Romao, 2. Qara Qarayev, 15. Leandro Andrade, 87. Adama Diakabi, 10. Abdullah Zubir, 99. Redon Cica
Baş məşqçi: Qurban Qurbanov
“Qalatasaray”: 34. Okan Koçuk, 2. Leo Dyubua, 4. Matias Yensen, 13. Emre Taşdemir, 23. Kaan Ayhan, 11. Yunus Akgün, 17. Nikolo Zanyolo, 18. Bafetimbi Qomis, 22. Berkan Kutlu, 27 Serjiu Oliveyra, 30. Yusuf Demir
Baş məşqçi: Okan Buruk