Taylandda aviaşirkətə qəribə ad verildi

 24-03-2023

Taylandda “Really Cool Airlines” (“Həqiqətən əla hava yolları” – red.) adlı aviaşirkət fəaliyyət göstərəcək.

Şirkətin baş direktoru Pati Sarasin bildirib ki, iyunun sonuna qədər aviadaşıyıcı öz uçuş marşrutunu təsdiq edəcək və ilin sonuna qədər ilk uçuşunu həyata keçirəcək. O, əlavə edib ki, şirkət lüks və büdcə daşıyıcıları arasında yer tutacaq.

Yeni aviaşirkətin Taylanda gələn turistlərin sayını artırmağa kömək edəcəyi bildirilir. Turizm Şurası 2023-2024-cü illərdə ölkəyə təxminən 30 milyon insanın səfər edəcəyinə ümid edir.

Mənbə: gazeta.ru

Bənzər yazılar

0.41338491439819