Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzinin ərazisində OBYEKT TİKİLİR

 17-05-2022

Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzinin ərazisində, ödəmə terminallarının yerində ictimai iaşə obyekti tikildiyi iddia edilir.

MillətinSəsi.info xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və foto yayılıb.

İddiaya əsasən, əvvəlcə ödəmə terminalları yerləşdikləri məntəqədən müvəqqəti çıxarılıb, daha sonra isə həmin ərazidə “obyekt” tikintisi başlayıb. Məlumatı yayan şəxs bildirib ki, BNA-dan ona ödəmə terminallarının məntəqədən çıxarılmasına səbəb kimi “qızmasını” göstəriblər.

Bakı Nəqliyyat Agentliyinin (BNA) sözçüsü Mais Ağayev məsələ ilə bağlı bildirib ki, ictimai iaşə obyektinin tikilməsində və fəaliyyət göstərməsində heç bir qanunauyğunsuzluq yoxdur:

“Orada ödəmə terminalları yenə də var, sərnişinlər gəlib bu terminallardan istifadə edə bilirlər. Bəli, onların yeri dəyişdirilib. Burada hər hansı qanunsuzluq yoxdur. Yerdəyişmə də sərnişinlərə hər hansı narahatlıq törətmir. Dünya təcrübəsində də bu var, istənilən nəqliyyat mərkəzində normal ictimai iaşə xidmətinin göstərilməsi üçün bu tip obyektlər mövcuddur. İaşə obyekti tam olaraq Koroğlu Nəqliyyat Mübadiləsi Mərkəzinin ərazisində deyil”.

Bənzər yazılar

0.46017694473267